Site menu
Section categories
Şəkillər [5] Xəbərlər [8]
Musiqi [18] Mobil dünya [14]
Sevgi [2] Saç Düzümləri [2]
İdman [2] Proqramlar [9]
Maraqli [6] FULL ALBOM [2]
Our poll
Sizin qurğu hansı platformadadır ?
Ümümi Cavablarin sayi в: 47
Saygac

Ümumi Aktivlər: 1
Qonaq: 1
Istifadəçi: 0
Login form
Sizin IP
18.220.242.160

 

Cümə Axşamı, 28.11.2024, 21:49


Salamlar Qonaq


13:34
Linkin Park Biografiya

Linkin Park
Mənbə: Aqura Hils, Kaliforniya, ABŞ
Janr: Alternativ rok, alternativ metal, nyu metal, rep rok
Fəaliyyət İlləri: 1996-bugünədək
Yarlıqları: Varner Bros, Maşin Şop

Əlaqəli İşləri:

* Xero (1996-1998)
* Hybrid Theory (Hibrid Nəzəriyyəsi) (1999)
* Dead by Sunrise (Gündoğması ilə Ölmüş)
* Fort Minor
* Jay-Z

Qrup üzvləri:

* Çester Beninqton - baş vokalçı (1999-bugünədək)
* Rob Burdon - barabançı (1996-bugünədək)
* Brəd Delson - baş gitarist (1996-bugünədək)
* Deyn "Foniks" Farrel - bas gitarist, bək vokalçı (1996-1999, 2001-bugünədək)
* Co Han - proqramist, zərb (1996-bugünədək)
* Mayk Şinoda – təşkilatçı, vokalçı, ritm gitarist, sintizatorçu, pianoçu (1996-bugünədək)

Keçmiş Qrup Üzvləri:

* Mark Veykfild – vokalçı (1996-1998, hələ qrup Xero adlanırdı)
* Kayl Kristner – bas gitarist (1999-1999, müvəqqəti Farreli əvəz etmişdi)
* Skot Koziol – bas gitarist (1999-2001, Hibrit Nəzəriyyəsində bas gitarist olmuşdur)

Albomları:

* Hybrid Theory (Hibrid Nəzəriyyəsi) (2000)
* Reanimation ( Reanimasiya) (2002)
* Meteora (2003)
* Collision Course (Toqquşma Kursu) ( Jay-Z ilə) (2004)
* Minutes to Midnight (Gecəyarı Dəqiqələri) (2007)

Qrupun Tarixi:

Linkin Park Kaliforniyanın Agura Hilsdən olan rok qrupudur. 1996-cı ildə yaranandan bugünə qədər qrupun 50 mln albomu satılmış və iki Qrammi Mükafatına yiyələnmişdi. 2005-ci ildə qrup əsas uğurunu debyut albomu “Hybrid Theory” ilə qazanmış və RİAA tərəfindən “Diamond” mükafatına layiq görülmüşdü. Qrupun uğuru ikinci albomu “Meteora” ilə davam edir və 2003-cü ildə “Bilbordun 200” reytinq cədvəlində top albom olur, bu da qrupun dünya üzrə geniş səfərlərinə və xeyriyyə işlərinə yol açır.
“Hybrid Theory” və “Meteora” albomlarında nyu-metal janrlarında oxumaqlarina baxmayaraq “Minutes to Midnight” albomunda müxtəlif janrılara müraciət etmişlər. Bu albom Bilbordun reytinq cədvəlində 1-ci yerə qədər yüksələrək həmin ildə bütün debyut albomlarını üstələyir və 3 həftə 1-ciliyi qoruyub saxlayır. Qrup həmçinin “Collision Course” də tanınmış reper Jay-Z və “Reanimation” da başqa artistlərlə olan əməkdaşlıqları ilə yadda qalıb.

İlkin illəri: (1996-1999)

Qrup orjinal olaraq Aqura Universitetindən olan 3 tələbə: Brəd Delson, Mayk Şinoda və Rob Burdon tərəfindən yaradılmışdı. Universiteti bitirdikdən sonra Kaliforniyalı 3 dostun musiqiyə artan marağı onları musiqiylə daha ciddi məşğul olmağa sövq etdi və onlar Co Han, Deyv “Foniks” Farrel və Mayk Veykfildi qrupa dəvət etdilər, o zamanlar qrup “Xero” adlanırdı. Məhdud şəraitə baxmayaraq 1996-ci ildə qrup Şinodanın yataq otağını özləri üçün studiyaya çevirir və mahnılarını burda yazmağa başlayırlar. Qrup üzvləri arasındakı gərginlik və dilxorluq hissləri İlk lentəalma işləri ilə bağlı uğursuzluqdan sonra daha da artdı. Uğursuzluq və qrupdakı anlaşılmamazliqlar Veykfildi qrupu tərk edərək başqa proyekt axtarmağa vadar etdi. Farrel də Tasty Snax və başqa qruplarla birlikdə səfərlərə çıxdı.
Veykfildin əvəzləmək üçün axtarışlara kifayət qədər vaxt itirən “Xero” Arizona vokalisti Çester Benninqtonu qrupa dəvət etdi. “Zomba Music”-in vitse prezidenti Cef Blu 1999 –cu ildə onu qrupa üzv seçdi. Arizona qranc qrupu olan “Qrey Deyz”in keçmiş üzvü kimi o başqalarından fərqlənirdı. Qrup adını “Xero”dan “Hybrid Theory”yə dəyişdi. Benninqtonun qrupa qebulundan sonra qrup yeni materiallar üzərində işləməyə başladı. Bundan çox keçməmiş qrupu adı yenidən dəyişərək “Linkin Park” la əvəz edildi. Qrup “Santa Monika” nın Likoln Parkını dəyişərək “Linkin Park”a çevirdilər. Bütün bu dəyişikliklərə baxmayaraq qrupda hələ də prodüsser axtarışları davam edirdi. Bir çox səsyazma studiyalarından aldıqları rədd cavabından sonra, qrup kömək üçün yenidən Cef Bluya müraciət etdi. Varner Bros səsyazma studiyasıyla müqavilə üçün əvvəl edilən 3 uğursuz cəhddən sonra Cef Blu indi Varner Brosun vitse prezidenti kimi qrupla 1999-cu ildə müqavilə bağlamağa nail oldu. Bu müqavilədən sonra qrupun növbəti Çevriliş albomu “Hybrid Theory” də Varner Brosun köməkliyiylə işıq üzü gördü.

Çevriliş: Hybrid Theory (2000-2002)

Linkin park “Hybrid Theory” albomunu 2000-ci il Oktyabrın 24-də təqdim etdi. Qrupun beşillik əziyyətinin bəhrəsi olan albomun prodüsseri Don Gilmor idi. Fanatlar tərəfindən yaxşı qarşılanan və debyut ili ərzində 4,8 mln nüsxəsi satılan albom 2001-ci ilin ən çox satılan albomu statusuna yiyələndi. Albomun “Crawling” və“One Step Closer” kimi sinqılları bütün il ərzində radio siyahısına ən yaxşı alternativ rok nümünəsi kimi imza atdı. Bundan başqa albomun digər sinqılları Drakula 2000, Little Nicky və Valentine filmlərinin saundtrəki kimi istifadə olundu. “Hybrid Theory” 3 Qremmi mükafatına: ən yaxşı artist, ən yaxşı albom və ən yaxşı ağır rok performansina (Crawling-ə görə) layiq görüldü. MTV qrupu “In the End” mahnısına görə 2 mükafata: ən yaxşı rok video və ən yaxşı istiqamət nominasiyaları ilə təltif etdi. Ən yaxşı ağır rok performansına görə Qremmi mükafatına layiq görülən “Hybrid Theory” albomunun dünya uğuru qrupu diqqət mərkəzinə çəkdi.
Bu vaxt ərzində qrup yüksək səviyyəli səfər və konsertlərə dəvət edildi, bunlara Ofzet, Famili Valyu Tur və KROQ Almost Akustik Kristmas daxil idi. Qrupun Procekt Revoluşn adlı səfərinə başqa artislər: Krisp Hil, Snup Doq və Adima da cəlb edilmişdi. Bir il ərzində Linkin Park 320 konsert keçirtdi. Yeni yaranmasına baxmayaraq peşəkar olan qrupun performans və təcrübələrinin cəmləşdiyi “Frat Party at the Pankake Festival” adlı DVD-si 2001-ci ilin Noyabrında debyut etdi. Keçmiş bas gitaraçı Deyv Farrelin qrupa yenidən qoşulması ilə qrup yeni remiks albomu “Reanimation” üzərində işləməyə başladı. Bu alboma “Hybrid Theory” və “Hybrid Theory EP” dən olan işlər də daxil idi. Albom 2002-ci il İyulun 30-da debyut etdi. Alboma Blək Sot, Conatan Devis, Aron Levis və başqaları ilə duetlər daxildir. “Reanimation” Bilbordun 200-lüyündə #2 oldu və debyut həftəsi ərzində 270 min nüsxəsi satıldı.

Davamedən Uğur: Meteora (2002-2004)

Hybrid Theory və Reanimation-nın davam edən uğurunu izləyərək qrup vaxtının çox hissəsini ABŞ ətrafı səfərlərdə keçirdi. Qrup cədvəllərinin çox sıx olmasina baxmayaraq yeni albom üzərində işləməyə başladı, onlar boş vaxtlarının çox az hissəsini öz avtobus studiyalarında keçirirdilər. Studiya albomunun rəsmi buraxılışı 2002-ci ilin Dekabrına elan edilmişdi. Albomun adı Yunanıstanın yüksək qalıqları üzərində çox sayda monastr tikilmiş regionu Meteoranın adından götürülmüşdü. Meteorada qrupun keçmiş tərzi nyu-metal, repkordan yeni effektlərlə istifadə edilmişdi, buraya həmçinin Yapon fleytası şakuhaçi və başqa alətlərdən istifadə olunmuşdu. Linkin Parkın ikinci albomu 2003-cü il Martın 23-də debyut etdi və İngiltərə, ABŞ-da #1, Avstraliyada isə #2 olaraq bütün dünyada tanındı.
Meteoranın ele birinci həftədə 280 mindən artıq nüsxəsi satılaraq Bilbordun reytinqində ən çox satılan albom adını qazandı. Albomun bəzi sinqıllarının video versiyararı: “Numb” (Lal), “Somewhere I Belong” (Harasa Aidəm), “Faint” (Gorünməyən), “Breaking The Habit” (Vərdişi Pozmaq) kifayət qədər diqqət qazandı. 2003-cü ilin Oktyabrına qədər albomun 3 mln nüsxəsi satıldı. Albomun uğuru qrupa ikinci Procekt Revoluşn layihəsini həyata keçirməyə imkan yaratdı, bu proyektə Madveyn, Blayndsayd, Eksibit və başqa qrup və artislərlə olan duetlər aiddir. Bundan başqa Metallika qurupu 2003-cü il Yay Sanatoriya Turuna Linkin Park, Limp Bizkit, Madveyn və Diftons kimi tanınmışları dəvət etmişdi. Qrupun “Texasda Həyat” adlı albom və DVD çıxartdı ki, bu albom tur zamanı qrupun Texasda oxuduğu audio və video mahnılardan ibarətdir. 2004-cü ilin əvvəllərində Linkin Park Meteora Dünya Turu adlı turneyə çıxdı və turnedə onları Hubastanq, P.O.D və Story of The Year kimi qruplar dəstəkləyirdilər.
Meteora qrupa çox saylı mükafatlar qazandırdı. Qrup MTv-nin ən yaxşı rok video (“Somewhere I Belong” mahnısına görə) naminasiyasına, Tamaşaçı Seçimi Mükafatına (Breaking The Habit mahnısına görə), 2004-cü il Radio Musiqi Mükafatına-İlin Artisti və İlin Mahnısı nominasiyalarına (Numb-a göre) yiyələndi. Meteora Hybrid Theory kimi uğur qazanmasa da 2003-cü ildə Amerikada 3-cü ən çox satılan albom oldu. Qrup 2004-cü ilin ilk aylarını dünya ətrafı səfərlərində keçirdilər. İlk olaraq səfərə 3-cü Procekt Revoluşnla

Bölmə: Maraqli | Baxılıb: 902 | Müəlif: pilot | Rating: 0
Şəhirlr: 1
 
1 pilot   (02.10.2009 16:08) [Материал]
LINKIN PARKADA GOZEL QRUPDUR

Yalniz İstifadəçilər Şəhir yaza bilərlər.
[ Qeydiyat | Giriş ]
Search
İstifadəçi paneli
Qonaq

Сообщения:

Группа:
Qonaq
Время:21:49

Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!

Calendar
«  Oktiyabr 2009  »
BÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Entries archive